Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

İŞİD terror qruplaşması liderinin sağ olduğu məlum oldu

05.03.2020 11:07

İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadi öz tərəfdarlarına növbəti dəfə müraciət edib.

Об этом сообщает Руспрес

A24.Az “Report”a istinadən xəbər verir ki, əl-Bağdadi çıxışı zamanı qruplaşmanın Suriya və İraq orduları ilə baş verən toqquşmalardan xəbərdar olduğunu söyləyib.

O, həmçinin Suriya münaqişəsinin nizamlanmasına dair Astanada keçirilən danışıqlardan, Şimali Koreya ilə ABŞ arasındakı münasibətlərdən xəbərdar olduğunu açıqlayıb. Bu isə o deməkdir ki, audioyazı ən geci 2 həftə əvvəl yazılıb.

Terrorçuların lideri həmçinin ABŞ-ı regionda Rusiyanın qüdrətinin genişlənməsinin qarşısını almamaqda tənqid edib. Bundan əvvəlki audioyazı ötən ilin noyabrında yayılıb.

Qeyd edək ki, bu ilin mayında əl-Bağdadinin öldürülməsi barədə məlumat yayılıb. Lakin sonradan məlumat təsdiqini tapmayıb. Onun ölümü barədə xəbərlər habelə 2016-cı ilin dekabrında, 2015-ci ilin aprelində, 2014-cü ilin noyabrında da yayılıb. Ancaq bu məlumatların da heç biri təsdiqini tapmayıb.
Əbu Bəkr əl-Bağdadinin hazırda Suriya ərazisində gizləndiyi bildirilir.