Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

İŞİD Türkiyədəki ilahiyyatçıları ölüm siyahısına saldı

05.03.2020 11:07

İŞİD bu dəfə Türkiyədəki din adamları və ilahiyyatçıları hədəfə alıb. Terror təşkilatının siyahısında Türkiyənin Diyanət işləri naziri Mehmet Görmez, Cübbəli Ahmet və İhsan Eliaçık kimi tanınmış din xadimləri də var.

Об этом сообщает Роспрес

Saytımız Türkiyə mediasına istinadən xəbər verir ki, İŞİD-in 8 dildə yayımlanan jurnalı “Rumiyah”ın 4 fevralda türk dilində dərc olunan 5-ci nömrəsinin üz qabığında İŞİD üzvü Abdülqadir Maşaripovun hücum etdiyi Reina terrorunun şəkilləri yer alıb. Bu günə qədər yayımladığı bütün nömrələrində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş qərargah rəisi Hulusi Akar haqqında sui-qəsd əmirləri verən jurnal bu dəfə dindarları və ilahiyyatçıları hədəfə alıb.

“Türkiyədəki bəlaların çarəsizliyi” başlıqlı məqalədə İŞİD-in hədəfə aldığı siyahıda indiyədək İŞİD-in bir neçə dəfə təhqir və təhdid etdiyi Diyanət İşləri İdarəsinin rəhbəri Mehmet Görmez, “Cübbəli Ahmet hoca” kimi tanınan Ahmet Mahmut Ünlü, referendumda “yox” cavabı verəcəyini açıqlayan Furkan Fondunun rəhbəri Alparslan Kuytul, Ulduz Texniki Universitetinin fəlsəfə fakültəsinin əməkdaşı, professor Caner Taslaman, Anti-Kapitalist Müsləmanlar qrupundan İhsan Eliaçık, Abdullah Yolcu, Mustafa İslamoğlu, Abdülaziz Bayındır və Ubeydullah Arslan yer alıb.

Məqalədə “kafir” adlandırılan şəxslər arasında Bəyoğlu bələdiyyəsinin sədri Ahmet Misbah Demircanın atası, ilahiyyətçi Ali Rıza Demircan, Ankara Universitetinin İlahiyyət fakültəsinin professoru Hasan Onar və Hitit Universitetinin İlahiyyət fakültəsinin professoru Hilmi Demir da var.

Jurnal İŞİD tərəfdarlarını “Tövhid dinini və müsəlmanları pisləyən , “İslam Dövləti”ni tənqid, müsəlmanları və mücahidləri “təhqir” edən bu şəxsləri öldürməyə çağırış edib.

Hətta jurnalda Reina terroru zamanı müsəlmanların qəsdən öldürülmədiyi bildirilib.

Yazıda İŞİD dünyanın hər yerində şiə məscidlərinin hədəfə alındığını da qeyd edib.

“Küfrün başçılarını öldürün!” başlıqlı yazıda:

“Əgər verdikləri sözdən sonra andlarını pozar və dininizə dil uzadılarsa küfrün başçılarına qarşı savaşın. Çünki onlar söz verdikləri anda əməl etməyən kimsələrdir. Bəlkə onlar vaz keçərlər”. (Tövbə, 12)

“Allah bu ayədə küfrə yönələn şəxslərin öldürülməsini bizə əmr etməkdədir. Bu gün Türkiyədə küfrə başçılıq edən və  dinimizə dil uzadan şəxslərin öldürülməsi Allahın əmridir. Çünki cəmiyyətdə İslam və Müsəlman düşmənçiliyini aşılayan bu kimsələrdir. Cəmiyyətin beynini qarışdıran və İslamı qəbul etməkdə insanlara mane olanların öldürülməsi də ən böyük cihadlardandır. Necə ki, Allahın Rəsulu öz dövründə küfrün başçılarını ya döyüşərək, ya da suiqəsdlə öldürmüşdür.

Bəli, ey Türkiyədəki ilahiyyatçılar! Ey Tövhidi Türkiyədə yaymaq istəyənlər! Mehmet Görmez, Cübbeli Ahmet, Abdullah Yolcu, Mustafa İslamoğlu, Abdulaziz Bayındır, Caner Taslaman, Alparslan Kuytul, İhsan Eliaçık, Ubeydullah Arslan və həmin ilahiyyatçıları dəstəkləyən, səhər-axşam İslam Dövlətinə dil uzadan, tövhid dinini pisləyən, müsəlmanlara və mücahidlərə hədə-qorxu gələn küfrün başçılarını öldürün”.