Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

İŞİD yaradıldığı kimi yox edilir – Bağdadi isə gah yoxa çıxır, gah da peyda olur

05.03.2020 11:07

İraqın Kərkükə bağlı Hacive bölgəsindəki terrorçuları təmizləmək üçün başladığı əməliyyatlar 2-ci mərhələyə keçib.

Об этом сообщает Роспрес

A24.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş nazir Heydər Əl-İbadi Kərkükün qərbindəki bütün bölgələri əhatə edən Haciveni xilas etmək əməliyyatının bu səhər başladığını açıqlayıb. Əməliyyatda ilk hücumlar sentyabrın 21-də həyata keçirilmişdi.

Yerli mənbələr sayları 200-ü keçən terrorçuların Abbasid və ətraf ərazilərdə təslim olduqlarını bildirir. Təxminən 1 həftə ərzində təslim olanların sayı 600-ü keçib. Kərkük Şimali İraq Kürd Muxtariyyətinin lideri Məsud Bərzaninin qalmaqallı referendumunun ən kritik nöqtəsidir. Kərkükdə türkmənlər, ərəblər və kürdlər birlikdə yaşayır.
9 aylıq əməliyyatdan sonra iyulun 9-da əlindəki ən böyük şəhər olan Mosulu itirən İŞİD avqust ayında türkmən şəhəri Telaferə girmişdi.

Bağdadinin səs yazısı yayıldı

2014-cü ilin iyununda Mosuldakı Əl Nuri Məscidində xilafət elan edən təşkilat, qısa müddətdə İraq torpaqlarının böyük bir hissəsini nəzarəti altına almışdı. Artıq onların tutduğu ərazilərin ¾-ü təmizlənib.

Dünən İŞİD lideri Əbubəkr Əl-Bağdadiyə məxsus səs yazısı yayımlanıb. Terror təşkilatına dair hesabların paylaşdığı qeyddə Bağdadi, Şimali Koreya-ABŞ gərginliyindən bəhs edib. 46 dəqiqəlik səs yazısında həmçinin Mosul haqqında da danışıb.

Rusiya bir müddət öncə Bağdadinin öldürüldüyünü demişdi. Amma Qərb kəşfiyyatı bu məsələyə ehtiyyatla yanaşırdı.

İŞİD əleyhinə koalisiyanın amerikalı sözçüsü Polkovnik Ryan Dillon 2016-cı ilin noyabr ayından bu yana ortaya çıxan ilk səs yazsını “Bağdadın öldüyünü təsdiq edən əsaslı bir fakt əldə edənə qədər onu sağ hesab edəcəyik” deyə şərh edib.

BBC-yə açıqlama verən ABŞ Müdafiə Nazirliyi Pentaqon rəsmiləri səs yazısını araşdırdıqlarını bildirib.

ABŞ-dan Liviyada İŞİD-ə hava hücumları

ABŞ Afrika Komandanlığı (AFRICOM), İŞİD-in Liviyadakı qədim qalası Sirtenin 160 kilometr cənub-şərqində bəzi terror hədəflərinə hava hücumları təşkil olunduğunu bildirib.

Çərşənbə günü yerli vaxtla 14:50-də bombardmana başlayan döyüş təyyarələri xeyli sayda terrorçunu məhv edib.

ABŞ ötən həftə də eyni ərazidə bir düşərgəni vurmuş, 17 hərbçi ölmüşdü.

Xilafət çökür

Suriyada böyük zərbə alan terrorçular hazırda İraq-Suriya sərhədində geniş bir sahəyə nəzarət etsə də, yavaş-yavaş zəifləyir. İraqda Kərkükün qərbindəki kiçik sahə və sərhəddəki Əl-Qaimin ətrafından başqa hər yer İŞİD-dən təmizlənib.

İŞİD son üç il ərzində İraq və Suriyada təxminən 100 min kvadrat kilometrlik bir ərazini itirib. İraqda və Suriyada itirilən ərazi 80 faizdən çoxdur.

Faktiki paytaxt elan etdiyi Suriya Rakkanın böyük əksəriyyətini itirən terror təşkilatı, şərqdəki Deyr Əz-Zordan da çəkilir.

Rusiya sentyabr ayı ərzində Suriyada İŞİD-in nəzarətində yalnız 27 min kvadrat kilometrlik bir sahə qaldığını bildirmişdi.

Xəyalə Bünyatova / A24.az