Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

İşığın qiyməti bahalaşacaq: Hamını maraqlandıran xəbər

05.03.2020 11:07

Yaxın gələcəkdə elektrik enerjisinin qiymətində artım olacaq.

Об этом сообщает Футляр от виолончели

Bunu A24.Az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, “Azərenerji” və “Bakıelektrikşəbəkə”nin xarici borcları var  və bu borcları ödəmək üçün yaxın gələcəkdə belə bir addım atıla bilər.

“Qiymətlər 15-20 və ya 30 %-ə qədər arta bilər. Bu da 8 və ya 10 qəpik təşkil edəcək. Birdən-birə kəskin artım edə bilməzlər. Çünki insanların alıcılıq qabiliyyəti və maddi durumu o səviyyədə deyil ki, ciddi artım etsinlər. Yaxın gələcək deyəndə 1-2 ay sonra nəzərdə tutulmur. Ola bilər gələn il və ya gələn ilin sonu bu baş versin. Çünki yeni tariflər müəyyən edilib, limit qoyulub. Hər halda bu hər iki qurumun maliyyə durumundan asılı olacaq. Əməliyyat xərcləri, borclar artdıqca onları qaytarmaq üçün belə bir addım atacaqlar”.

-Bəs limit hansı səviyyədə olacaq? Limitə də yeni tarif müəyyən olunması gözlənilirmi?

“Mənə elə gəlir ki, limiti ümumiyyətlə yığışdıracaqlar. Oynaq tarifə keçə bilərlər. Oynaq tarif bir çox ölkələrdə tətbiq edilən bir sistemdir. Yəni pik saatlarda enerjinin qiyməti daha baha olur. Məsələn axşam 7-dən gecə 12-yə qədər elektrik enerjisinin qiyməti baha ola bilər. Çünki bu zaman elektrikə tələbat daha çox olur. Gündüz saatlarında isə daha ucuz tarif müəyyən oluna bilər”.

Nərmin Kərim