İslam dövləti İrandan Qurana hörmətsizlik: Əxlaq polisliyinə davam edir
05.03.2020 11:07İran İslam Respublikası İslamla bağlı qəribə addımlar atmaqda davam edir.
Об этом сообщает Роспрес
A24.az bildirir ki, İranda qadınları “qaydalara uyğun olmayan geyim”lərə görə öncədən təcridxanalara aparılıb barələrində iş açılırdısa artıq Tehranın polis rəisi general Hüseyn Rahim qaydalara uyğun geyinməyən qadınların təcridxanaya aparılıb barələrində iş qaldırılmayacağını bildirib.
Quranda bu ayələrə diqqət yetirək:
“Kim istəyir inansın, kim də istəyir inanmasın” (“Kəhf” surəsi, 18/29)
“Dində məcburiyyət yoxdur” (“Bəqərə” surəsi, 2/256)
Lakin “Tasnim” xəbər agentliyinin yaydığı xəbərə görə məcburi kurslara cəlb edilən qadınlar bundan sonra da islami qaydada uyğun olaraq örtünməsələr, cəzalandırılacaqlar.
“İnsanları mömin olmağa sənmi məcbur edəcəksən?” (“Yunus” surəsi, 10/99)
“Sən onları məcbur edən deyilsən. Sən mənim təhdidimdən qorxanlara Quranla öyüd-nəsihət ver” (“Qaf” surəsi, 50/45)
Əgər kişilər qadının “uyğun olmayan” geyimlərinin onları narahat etdiyini düşünürsə, o zaman Avropa və Amerika ölkərinə də getməməlidir. Unutmaq olmaz ki, Allah qadından (“Nur” surəsi, 24/31 ayəsindən) öncə kişilərə (“Nur” surəsi, 24/30) namuslu həyat yaşamasını əmr edir.
Məhəmməd Şükürlü //A24.az

