Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

İslam əminin qardaşı qızı ilə nikaha girməsinə icazə verirmi? – Elşad Miri cavab verdi

05.03.2020 11:07

Gəncədə 3 uşaq atası 38 yaşlı Həsən Səfərov 23 yaşlı qardaşı qızını qaçırıb. Hətta bu azmış kimi, onunla dini nikaha da daxil olub. Baş verən bu hadisə sosial şəbəkədə müzakirə mövzusuna çevrilib.

Об этом сообщает Футляр от виолончели

İslamda nikah varmı? İslam qohum evliliyini qəbul edirmi?

Bu suallara ilahiyyatçı alim Elşad Miri Ölkə.Az-da cavab verib:

“İslamda dini nikah yoxdur. Nikahın dini, qeyri-dinisi olmur. Bugünkü “dini nikah”da tərəflərin, xüsusilə də qadının haqqı qorunmur. Nikah əqddir. Əqd müqavilədir”.

Əminin öz qardaşı qızı ilə nikaha girməsinə gəldikdə isə ilahiyyatçı alim bildirdi ki, qohum evliliyi geniş məfhumdur:

“Konkret olaraq bir qız əmisinə ərə gedə bilməz. Bunu Quranı Kərimdə Nisa 4/23 konkret olaraq açıqlayır. Ayədə deyilir: Sizə analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş qızları, bacı qızları, sizi əmizdirən süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları, yaxınlıq etdiyiniz qadınlarınızın himayəsində olan ögey qızları, (-yox, əgər o qadınlarla yaxınlıq etməmişsinizsə, onda bu (ögey qızlarınızla evlənməyiniz sizə günah deyildir)), -öz belinizdən gələn oğullarınızın arvadları ilə evlənmək və iki bacını birlikdə almaq haram edildi. Olub-keçənlər isə artıq keçmişdir. Həqiqətən, Allah bağışlayandır, rəhmlidir”.

Azərbaycanda geniş yayılmış xalaqızı ilə xalaoğlunun, əmiqızı ilə əmioğlunun evlənməsi məsələsinə münasibət bildirən Elşad Miri qeyd etdi ki, bu barədə heç bir qadağa yoxdur.