“İslam Həmrəyliyi İli: Azərbaycandan Çağırış” adlı konfrans keçiriləcək – AÇIQLAMA
05.03.2020 11:07Sentyabrın 28-i saat Bakı İdman Sarayında “İslam Həmrəyliyi İli: Azərbaycandan Çağırış” adlı konfrans keçiriləcək. Konsfrans 15:00-da başlanacaq.
Об этом сообщает Руспрес
Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədovun “A24.az”a verdiyi məlumata görə, konfrans dini komitə ilə yanaşı Mədəniyyət və Turizm Nazirliyi, Qafqaz Müsəlmanları İdarəsinin birlikdə təşkilatçılığı ilə həyata keçirilir.
Tədbirin keçirilməsinin mahiyyəti 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” lan olunması və 28-30 sentyabr tarixlərində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası”nın keçirilməsidir.
Tədbirdə yerli qonaqlarla yanaşı, beynəlxalq təşkilatların, o cümlədən sərgidə iştirak edəcək xarici ölkələrin nümayəndələri də olacaq.
Konfransda Azərbaycanda İslam Həmrəyliyi ilə bağlı görülmüş işlər, bu istiqamətdə həyata keçirilən çoxsaylı tədbirlər, beynəlxalq tədbirlər barədə, həmçinin, İslam Həmrəyliyinin bir ideya, siyasi addım kimi əsas mahiyyəti barədə iştirakçılara məlumat veriləcək.
Eyni zamanda dövlət komitəsinin bu istiqamətdə ümumi islam vəhdəti, maarifi, Azərbaycan tolerantlığı və digər mövzularda milli-mənəvi dəyərlərimizə, İslam Həmrəyliyi ilə bağlı nəşr etdiyi dini ədəbiyyatların sərgisi və ona baxış həyata keçiriləcək.
Konfransa gələcək xarici qonaqlar əsasən MDB ölkələrinin nümayəndələridir. Bundan başqa Böyük Britaniyanın müxtəlif qurumları, çoxsaylı mətbəə və nəşriyyatları da tədbirdə yer alacaq.
“İslam Həmrəyliyi İli: Azərbaycandan Çağırış” konfransında Qafqaz Müsəlmanları İdarəsini Anar İskəndərov təmsil edəcək.
Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Pakistan, BƏƏ, Rusiya, Qətər, Ukrayna, Belarus, Gürcüstan, Maldova, Rumıniya, Sloveniya, Almaniya, ABŞ, İngiltərə, Polşa, Macarıstan, Yunanıstan, Fransa, Çex Respublikası və Slovakiyanın nümayəndələri konfransa dəvətlidir. Eyni zamanda Azərbaycanda fəaliyyət göstərən səfirliklərin də tədbirdə iştirakı nəzərdə tutulub.
Firuzə Alimova / A24.az

