İslam ölkələrinin bayraqlarına verilən İNANILMAZ DİZAYN
05.03.2020 11:07Balkanlardan başlayaraq Şərqi Asiya və Afrikaya qədər uzanan islam ölkələrinin bayraqlarının dizaynı baxanları heyrətləndirir.
Об этом сообщает Руспрес
Saytımız bildirir ki, hər bir millət və dövlət üçün əhəmiyyət daşıyan bayrağların dizaynı haqqında danışan türkiyəli alim Prof.Dr.Əbubəkir Sofuoğlu bildirib ki, islam dövlətlərinin bayraqlarını yanaşı qoyduğumuz zaman bunun bir “dizayn” olduğu orata çıxır.
Sofuoğlu, “İslam ölkələrinin bayraqlarını onların özlərinin dizayn etməsinə izin vermədilər. Məsələn, Kosovanın bayrağını albanlar deyil, Avropa Birliyi dizayn edib”, – deyə bildirib.
Sofuoğlu ingilis yazar Mark Skayzın Sudan, Küveyt, Misir, Suriya, İraq və Yəmən kimi ölkələrin bayraqlarını dizayn etdiyini deyib.
“Bayraqların şəkillərini çəkərək hazırladı. Həmin çəkdiyi bayraqları kəsərək “al, bu sənin bayrağındır, get” deyərək yola salıb. Bayraqlarda Əməvi və Abbasi sülalələrinin izlərini görmək də mümkündür. Bayraqlar tamamilə mənasız deyil, lakin qəbul edilməsi üçün bir az məna da qatıblar”.
Alim müsəlman ölkələrinə belə bir sualı da ünvanlayıb: “Bayraqlarınız birdirsə, niyə siz ayrısınız?”
58 ölkənin bayrağında xaç var, 11 ölkənin bayrağında aypara…
Müsəlman ölkələrindən bir neçəsi xaric olmaqla heç birində aypara olmadığına diqqət çəkən Sofuoğlu “Liviya və digər bir neçə müsəlman ölkələrin bayraqlarında aypara var. Bəs, siz necə müsəlman ölkəsiniz? Bir çevrilin xristian ölkələrin bayraqlarına baxın. Hamısında xaç işarəsi var. Bu gün BMT-də 190-a yaxın ölkə və onların 58-də xaç işarəsi var. İndi kimlər yola getmir, ayrı-seçkilik edir, terrorçudur? Bütün bunlar bayraqlara baxdığımız zaman aydın olur” – deyə sərt şəkildə qeyd edib.

