İslam Oyunlarında bədii gimnastika, boks və tennis yarışları başladı
05.03.2020 11:07Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında yarışlar davam edir.
Об этом сообщает Роспрес
Saytımızın məlumatına görə, bu gün kişi həndbolçulardan ibarət komandalar arasında 5-6 və 7-8-ci yerlər uğrunda oyunlar keçiriləcək.
TƏQVİM:
| 09:00 – 10:35 | Kişilər – komanda 7-8-ci yerlər uğrunda oyun |
| 11:15 – 12:50 | Kişilər – komanda 5-6-cı yerlər uğrunda oyun |
Yarışların 5-ci günündə tennis yarışlarına start veriləcək. Kişilər və qadın idmançılar seçmə mərhələsində mübarizəyə başlayacaqlar.
TƏQVİM:
| 10:00 – 17:00 | Kişilər – komanda A qrupu seçmə mərhələsi |
| Kişilər – komanda B qrupu seçmə mərhələsi | |
| Qadınlar – komanda B qrupu seçmə mərhələsi |
Həmçinin voleybol yarışları çərçivəsində Qətər Əlcəzair, İran kollektivi isə Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq.
TƏQVİM:
| 10:00 – 12:30 | Kişilər – komanda qrup oyunu B1 (Qətər – Əlcəzair) |
| 12:30 – 15:00 | Kişilər – komanda qrup oyunu B2 (İran – Səudiyyə Ərəbistanı) |
Bu gün, həmçinin bədii gimnastika yarışlarına start veriləcək. Birinci gün halqa və topla hərəkətlər üzrə təsnifat mərhələsi keçiriləcək.
Azərbaycanı bədii gimnastika yarışlarında Marina Durunda, Jalə Piriyeva və Zöhrə Ağamirova təmsil edəcəklər.
TƏQVİM:
| 12:00 – 14:00 | Qadınlar – halqa təsnifat mərhələsi |
| Qadınlar – top təsnifat mərhələsi |
Həmçinin 4 çəki dərəcəsində boks yarışları başlayacaq. Azərbaycanı 60 kq çəki dərəcəsində Cavid Çələbiyev, 69 kq-da Tamerlan Abdullayev, 75 kq-da Kamran Şahsuvarlı, +91 kq-da isə Məhəmmədrəsul Məcidov təmsil edəcək.
TƏQVİM:
| 12:00 – 15:15 | Kişilər – yüngül çəki (60 kq) |
| Kişilər – yarım-orta çəki (69 kq) | |
| Kişilər – orta çəki (75 kq) | |
| Kişilər – superağır çəki (+91 kq) |
Qeyd edək ki, bu gün açılışı olacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. (Trend)

