İslam və müsəlmanlar dünyanı öz ağuşuna alacaq – ARAŞDIRMA
05.03.2020 11:07ABŞ-ın PEW Araşdırma Mərkəzi 2070-ci ilə qədər İslamın dünyanın ən büyük dini olacağını bildirib.
Об этом сообщает Футляр от виолончели
“A24.Az” “timeturk.com” saytına istinadən xəbər verir ki, PEW Araşdırma Mərkəzinin “dünya dinlərinin gələcəyi” adlı yeni araşdırmasında mövcud yüksəlmə davam edəcəyi təqdirdə 2070-ci ildə İslam dininin xristianlığı ötəcəyi və dünyanın ən çox əhalisi olan dini olacağı qeyd edilib.
Araşdırmada dünyada müsəlman əhalinin 1,6 milyard, xristianların sayının isə 2,17 milyard olduğu qeyd edilib. Ehtimallara əsasən, bu saylar 2050-ci ilə qədər əvvəl 2,76 milyard, bir müddət sonra isə 2,92 milyard olacaq. 2015-ci ilin araşdırmasına əsasən, ABŞ-da 3,3 milyon müsəlman var ki, bu da ümumi sayın 1%-inə bərabərdir.
2011-ci ilin araşdırmasına əsasən, müsəlmanların 63%-i mühacirlərdir. 2050-ci ilin ehtimallarına görə, ABŞ-da yaşayan müsəlmanların sayı 2%-i keçərək ən çox əhalisi olan ikinci dini qrup ünvanını yəhudilərdən alacaq. (Dini olmayanlar bu sırada qeyd edilməyib)

