Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“İşlədiyim sahədən götürmüşdüm” – Əməlindən peşiman olan narkoman

05.03.2020 11:08

Tovuzdan gətirdiyi narkotiki Gəncədə satmaq istəyən şəxs iş başında yaxalanıb.

Об этом сообщает Футляр от виолончели

A24.Az ARB Kəpəz-ə istinadən xəbər verir ki, Gəncə şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat- axtarış tədbirləri nəticəsində xeyli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.

Asayiş keşikçiləri Kəpəz rayonu ərazisində şəhər sakini Arzu Qasımovu 9 kiloqrama yaxın qurudulmuş marixuananı 4 min manata şərti alıcıya satarkən saxlayıb.

Polis tərəfindən dindirilən Arzu Qasımov narkotik vasitəni Tovuz rayonundan satış məqsədi ilə gətirdiyini etiraf edib və əməlindən peşman olduğunu büruzə verib.

Arzu Qasımov – Saxlanılan şəxs: “Tovuz rayonunda işlədiyim sahədən götürmüşdüm. Gəncə şəhərində satdığım yerdə tutuldum. Əməlimdən çox peşmanam”.

Əvvəllər bir dəfə məhkumluq həyatı yaşayan Arzu Qasımov barəsində artıq həbs qətimkan tədbiri seçilib. Günahı sübuta yetirilərsə, o yenidən dəmir barmaqlıqlar arxasına göndəriləcək.

Foto Qalereya: