İsmayıllıda ağır qəza: polis zabiti yaralandı
05.03.2020 11:08İsmayıllıda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Об этом сообщает Футляр от виолончели
A24.az xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 92-ci kilometrliyində qeydə alınıb.
Gecə saatlarında yolun sərt döngəsində idarəetmədən çıxan “Niva” markalı maşın yol kənarındakı ağaca çırpılıb. Nəticədə avtomobildə olan 1989-cu il təvəllüdlü polis əməkdaşı Səfərli Ayxan Valeh oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralı Ayxan Səfərli Şəki rayon Polis şöbəsində əməliyyatçı vəzifəsində xidmət edir.
Faktla bağlı araşdırma aparılır.(report)

