İspaniyada 4 terrorçu öldürülüb
05.03.2020 11:08Barselonada terror aktında şübhəli bilinən 4 nəfərin hamısı öldürülüb.
Об этом сообщает Роспрес
A24.az Report-a istinadən xəbər verir ki, bu barədə İspaniyanın “El Pais” qəzeti məlumat yayıb.
Qəzetin verdiyi xəbərə görə, söhbət Yunes Abuyaakubedən, Musa Oukabirdən, Səid Aaladan, Məhəmməd Hiçamidən gedir.
“El Pais”in məlumatında qeyd olunur ki, sonuncu 3 nəfər Kambrilsdə baş vermiş terror aktından sonra zərərsizləşdiriliblər.
Qeyd edək ki, terror aktına görə məsuliyyəti İŞİD qruplaşması üzərinə götürüb. Hadisə zamanı 3 nəfər öldürülüb, 119 nəfər xəsarət alıb. Öldürülənlər arasında xarici ölkələrin vətəndaşları da var.

