İspaniyada gecə klubunun döşəməsi uçdu: Onlarla yaralı var
05.03.2020 11:08İspaniyanın Tenerife adasında gecə klubunda döşəmənin çökməsi nəticəsində xəsarət alanların sayı 40 nəfərə çatıb.
Об этом сообщает Футляр от виолончели
A24.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bundan əvvəl 22 nəfərin yaralandığı bildirilirdi.
İnsident Adexe şəhərində yerləşən “Butterfly Disco Pub” gecə klubunda qeydə alınıb. Döşəmənin çökməsi nəticəsində onlarla insan binanın zirzəmisinə düşüb. Xəsarət alanlar arasında Fransa, Belçika, Rumıniya və digər xarici vətəndaşların olduğu bildirilir.
İspaniyanın Tenerife adasındakı gecə klubunda döşəmənin uçması nəticəsində 22 nəfər xəsarət alıb.
A24.Az Report-a istinadən xəbər verir ki, bu barədə “El Periodico” nəşri məlumat yayıb.
Bildirilir ki, hadisə bazar gününə keçən gecə, noyabrın 26-da, Adexe şəhərində baş verib.
Nəşr yazır ki, döşəmə 4 kvadratmetr sahədə çöküb, insanlar bir mərtəbə hündürlükdən yerə düşüb.
İki nəfər ciddi, digərləri isə bədənin aşağı ətraflarından sınıq və əzik xəsarətləri alıblar.

