İspaniyada qalib Həmiltondur
05.03.2020 11:08İspaniya Qran Prisi bir qədər əvvəl başa çatıb.
Об этом сообщает Роспрес
“A24.Az” xəbər verir ki, yarışı pouldan başlayan Lyuis Həmilton qazanıb. Startda geri düşməsinə baxmayaraq, həm düzgün strategiyanın, həm də komanda yoldaşı Valtteri Bottasın köməkliyi ilə finiş xəttini birinci keçib. İkinci yeri onun çempionatdakı əsas rəqibi Sebastyan Fettel tutub. Bottasın motoru partladığı üçün dayandığı yarışda Daniel Rikkardo bu mövsüm ilk dəfə podiuma yüksəlib. Liderləq qrupundan yarışı yarımçıq dayandıran digər sürücülər Kimi Rəykkönen və Maks Ferstappen olublar.
Force İndia komandası olduqca vacib xallar alıb. Sürücüləri 4-cü və 5-ci yerləri tutublar, beləliklə, komanda ardıcıl beçinci yarışda da hər iki sürücüsü ilə xal zonasına düşə bilib. Çempionatda Fettelin liderliyi davam edir – alman sürücünün 104 xalı var. Onu 98 xalla Həmilton təqib edir. Mühəndislər kubokunda isə Mercedes AMG Ferrari-ni bir qədər üstələyir: 161-153
Növbəti yarış iki həftə sonra Monakoda olacaq.

