Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

İsrail 46 islam ölkəsinə qarşı: Qüds paytaxt olur

05.03.2020 11:08

Hazırda Fələstin ətrafında son dərəcə ciddi və eyni zamanda nəticələri uzun müddətə hesablanmış mürəkkəb oyun qurulmaqdadır. 
Suriya və İraqda İŞİD-in sonunun çatdığını elan edən bölgə ölkələri, hazırda yeni və daha təhlükəli gedişatla baş-başadırlar.
Ən maraqlısı odur ki, bu gedişat Livandakı Həriri olayı və Səudiyyə Ərəbistanında baş verən “vəliəhd yenilənmələri” fonunda özünü ilk növbədə Yəməndə aktiv fazaya daxil olan ərəb-İran qarşıdurması ilə göstərdi. İndi isə Qüds məsələsi müzakirədədir. Diqqət edin: Fələstin məsələsi – məhz bölgənin o problemlərindəndir ki, kökü var, tarixi var və ona münasibət birmənalı deyil, hətta İslam Ummasının özündə belə…
İstər Yəməndə yaşananlar, istərsə də Fələstin problemi İslam ummasını daxildən bölən, hətta belə demək mümkündür ki, onları qarşı-qarşıya gətirən məsələlərdir. Hətta Fələstinin özündə belə zamanında yaşanmış olan “Hamas”- FƏTH qarşıdurması, bu bölünmə üçün ən bariz nümunə sayıla bilər. İndi məhz bu bölünmələrə hesablanmış nöqtələrə diqqət edilməkdə, onların daha qabarıq şəkildə ortaya çıxması üçün gedişlər edilməkdədir.

Об этом сообщает Футляр от виолончели

Siyasi şərhçi Vüqar Zifəroğlu