Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

İsrail elə açıqlama verdi ki, bütün ərəb ölkələrini bir-birinə vurdu

05.03.2020 11:08

İsrail “Səudiyyə Ərəbistanı ilə birlikdə hərəkət edirik” açıqlamasını verib.

Об этом сообщает Руспрес

Saytımızın Türkiyə KİV-dən əldə etdiyi məlumata görə, “İsrail Ordusu” radiosuna müsahibə verən İsrailin Energetika naziri Yuval Ştayniç İrana qarşı Səudiyyə Ərəbistanı ilə birlikdə hərəkət etdiklərini söyləyərək Riyad və Təl-Əvivin gizli əməkdaşlıq etdiyini açıqlayıb.

Ştayniç əməkdaşlığın niyə gizli saxlanması ilə bağlı suala “bizim bir çox müsəlman və ərəb ölkələri ilə qismən gizli əlaqələrimiz var və bu əməkdaşlıqdan utanan biz deyilik. Bu münasibətlərin gizli saxlanmasını istəyən qarşı tərəflərdir. Bizim üçün problem deyil, ancaq qarşı tərəfin istəyinə hörmət etməliyik. Ona görə də gizli saxlayırıq” cavabını verib.

Qeyd edək ki, İsrailin Baş Qərargah rəisi Gadi Yesenkot da ötən həftə “Səudi İlaf” qəzetinə verdiyi müsahibəsində “İrana qarşı Səudiyyə Ərəbistanı və digər mülayim ərəb ölkələri ilə əlaqə qurmağa hazırıq” deyib.