İsrail Qəzza zolağını bombalayır
05.03.2020 11:08İsrail Hərbi-Hava Qüvvələrinə məxsus təyyarələr Qəzza zolağına hava zərbələri endirib.
Об этом сообщает Роспрес
Bu barədə İsrail Müdafiə ordusunun açıqlamasında bildirilir.
“Qəzza zolağından İsrail ərazisinə atılan raketlərə cavab olaraq, İsrail Hərbi-Hava Qüvvələrinin təyyarələri “Həmas”-ın Qəzzadakı təlim kompleksi və silah-sursat anbarına hava zərbələri endirib”, məlumatda deyilir.
“Reuters” agentliyinin Fələstin Səhiyyə nazirliyinə istinadən verdiyi xəbərə görə, hücum nəticəsində Qəzzada azı 25 nəfər yaralanıb. //Oxu.Az

