Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

İsrail yaralı əsgərlərini bu saatla xilas edəcək

05.03.2020 11:08

İsrail ordusunun döyüş sahəsində yaralanan əsgərləri üçün “ağıllı saat” texnologiyasını tətbiq etməkdə olduğu bildirib.

Об этом сообщает Руспрес

Saytımızın Türkiyə mediasından əldə etdiyi məlumata görə, İsrail ordusunun sözçüsü Ovijaa Odraei İsrail Müdafiə Qüvvələrinin qarşıdurmada yaralanan əsgərlərinin xilas edilməsinə kömək edəcək və səhhətləri barədə məlumat verəcək “ağıllı saat” texnologiyasını inkişaf etdirməyə çalışdığını söyləyib.

Əsgərin temperaturunu, nəbzini ölçür…

Sözügedən saat sensorlar vasitəsi ilə əsgərin temperaturunu, nəbzini və qandakı oksigeninin səviyyəsini ölçüb əlaqədar şəxslərə göndərəcək. İsrail bu saatla yaralanan əsgərlərinə daha sürətli və münasib müalicə tətbiq etməyi hədəflədiyini ifadə edib.

İsrail mediasında yayımlanan xəbərlərə görə, “ağıllı saat” texnologiyasının orduda 3 il müddətinə xidmətə veriləcəyi təxmin edilir.