Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

İsraildə dindar və dinsiz yəhudilər qarşı-qarşıya gələcək

05.03.2020 11:08

Türkiyəli tarixçi yazar Talha Uğurluel İsraildə dindar yəhudilərin təsirinin günü-gündən artdığını, sionistlərin isə güclərini itirdiklərini söyləyib.

Об этом сообщает Футляр от виолончели

Saytımız Türkiyə mediasına istinadən xəbər verir ki, “Ülke” TV kanalında ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı olaraq tanıması müzakirə edilib.

Verilişin qonaqlarından tarixçi yazar Talha Uğurluel İsrailin gələcəyi ilə bağlı fikirlərini paylaşıb.

Ölkədə dindar yəhudilərin günü-gündən gücləndiyini bildirən Uğurluel “asaq, kəsək” düşüncəsində olan sionist yəhudilərin də eyni şəkildə hər ötən gün güclərini itirdiyini söyləyib:

“Hazırda dindar yəhudilər azlıq təşkil edir. Amma əhali arasında dindar yəhudilərin sayı durmadan artır. Yaxın zamanlarda Məclisdə də sayları artacaq. Dindar yəhudilər “bir əsgərlik etmərik, əsgərlik etsək ibadət edə bilmərik” deyirlər. Dindar və dinsiz yəhudilər qarşı-qarşıya gələcək. Dindarların sayı isə sürətlə artır. Heç övladı olmayanın 13-14 uşağı var. Gələcəkdə dindar yəhudilərin burada daha təsirli olacağını göstərir. Sionist, “asaq”, “kəsək” deyən yəhudilərin təsiri azalacaq”.

Firuzə Alimova / A24.az