Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

İsraildən qalmaqallı qadağa: Fələstinli atletlərin Azərbaycanda keçirilən İslam Oyunlarında iştirak etməsinə icazə vermədi

05.03.2020 11:08

İsrail təqribən 25 atletin bu gün Azərbaycanda başlayacaq IV İslam Həmrəyliyi Oyunlarında iştirak etməsinə icazə verməyib.

Об этом сообщает Роспрес

Saytımızın Türkiyə mediasından əldə etdiyi məlumata görə, Fələstin Olimpiyada Komitəsi mətbuat xidmətinin sədri Ahmet Əl Ali İsrailin təqribən 25 fələstinli atletin Azərbaycanda keçiriləcək İslam Oyunlarında iştirak etməsinə icazə vermədiyini bildirib.

Əl Ali verdiyi açıqlamada Fələstin Milli Komandası 105 atletlə paytaxt Bakıda keçirilən oyunlarda iştirak etməyi planlaşdırdığını bildirərək “İsrail 25 qəzzalı atletin Bakıya gəlməsinə icazə vermədi” deyə bildirib.

İslami Həmrəylik Oyunları Federasiyasının (İSSF) baş katibi Faysal Əbdüləziz Əl Nassar Bakıda təşkil etdiyi mətbuat konfransında İsrailin fələstinli atletlərə qarşı qadağasını tənqid edib.

İSSF olaraq hər zaman Fələstinin yanında olduqlarını vurğulayan Əl Nassar “İsrailin fələstinli atletlərin oyunlarda iştirak etməsinə maneə törətməsi böyük bir problemdir və bu qəbuledilməzdir. Heç vaxt Fələstindən dəstəyimizi əsirgəməyəcəyik” deyə ifadələrini işlədib.