Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

İsrailli nazir ərəblərə zərbə vurmaq üçün çağırış etdi

05.03.2020 11:08

İsrailin işğal etdiyi torpaqlarda yaşayan fələstinlilər üçün qalmaqallı çağırış edilib. İsrailin ifrat sağçı mövqeyə malik müdafiə naziri Aviqdor Liberman deyib: “Fələstin-İsrail probleminin həlli üçün İsrail vətəndaşı olan ərəbləri vətəndaşlıqdan çıxararaq Qərbi Şəriəyə göndərək”.

Об этом сообщает Роспрес

Saytımız Türkiyə mətbuatına istinadən xəbər verir ki, Liberman Fələstin-İsrail problemilə bağlı hər zaman olduğu kimi bu dəfə də sərt fikirlər səsləndirərək deyib: “Fələstin-İsrail probleminin həlli üçün İsrail vətəndaşı olan ərəbləri vətəndaşlıqdan çıxararaq Qərbi Şəriəyə göndərək. Bu iki ölkənin məsələlərinin həllində keçmişdə baş verənlərdən ibrət almalıyıq. Torpaq qarşılığında sülh prinsipinə əsaslanan səylər uğursuzluqla nəticələnəcək. Bu məsələdə ciddi həll yolu, torpaq qarşılığında əhalinin sayında mübadilə həyata keçirməkdir”.

Fələstinlilər İsraillə aparılan sülh danışıqları çərçivəsində 1967-ci ildə müəyyən edilən, paytaxtı Şərqi Qüds olan, yəhudi məskənlərilə orada məskunlaşanların olmadığı Fələstin dövlətinin qurulmasını tələb edirlər.