İŞSİZLƏR, DİQQƏT: Maaşı 1750 manat olan VAKANSİYA var
05.03.2020 11:08“Xalq Bank” “Şirvan” filialının informasiya texnologiyaları üzrə stajçı mütəxəssisi/baş mütəxəssisi vakansiyasına işə qəbul elan edir.
Об этом сообщает Руспрес
Fins.az-ın məlumatına görə, ali magistr təhsilli, TCP/IP və OSI modelləri, marşrutlaşdırma, kommutasiya və şəbəkə təhlükəsizliyi prinsipləri, VMWare, DNS, DHCP, Active Directory, Remote Desktop Services haqqında fundamental biliklər olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi may ayının 13-dür.
Əmək haqqı: (500 AZN-dən 1750 AZN-dək)
Vəzifə : ( stajçı mütəxəssis, kiçik mütəxəssis, mütəxəssis, aparıcı mütəxəssis, böyük mütəxəssis, baş mütəxəssis)
Qeyd : Bank təcrübəsi olmayan namizədlər əmək haqqı (500 AZN) ödənilməklə stajçı mütəxəssis götürülə bilər.
İş qrafiki: 09:00 – 18:00 / Bazar ertəsi – Cümə
Şəhər: Şirvan
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
• Ali magistr təhsili (Texniki ixtisaslara üstünlük verilə bilər);
• Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (rus və ingilis dilini yaxşı səviyyədə bilmək arzuolunandır);
• Hərbi xidməti bitirənlər vəya uzun müddətli möhlət hüququ olanlar (oğlanlar üçün);
• MCSA sertifikatı olan namizədlərə üstünlük verilə bilər;
• Tələb olunan sahə üzrə minimum 1 (bir) il iş təcrübəsi arzuolunandır;
• TCP/IP və OSI modelləri, marşrutlaşdırma, kommutasiya və şəbəkə təhlükəsizliyi prinsipləri, VMWare, DNS, DHCP, Active Directory, Remote Desktop Services haqqında fundamental biliklər;
• SAN və NAS disk massivləri, fiber – optik texnologiyalar (İP/MPLS), VoİP sistemlərinin işi üzrə biliklər;
• Komandada işləmək bacarığı;
• İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
İŞİN TƏSVİRİ:
• İT infrastruktur elementlərinin idarə edilməsi və onlara nəzarət;
• “Hardware” və “Software” sistemlərinin quraşdırılması;
• Yeni İT infrastrukturunun, avadanlıqlarının inkişaf etdirilməsi və onların təminatında iştirak;
• İT avadanlıqlarında olan nasazlıqların aradan qaldırılması;
• Yeni texnologiyaların öyrənilməsi və tətbiqi;
• İT prosedurları və siyasəti çərçivəsində digər öhdəlikləri icra etmək.
QEYD: Tələblərə uyğun olmayan və “Subject” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV” – lərə baxılmayacaq.
E – mail : [email protected]
Telefon: (012) 404 43 39
Faks: (012) 404 43 34

