İstanbul lalələrlə tarix yazdı – 1453 kvadratmetrlik “lalə xalçası”
05.03.2020 11:09Sultanəhməd Meydanında İstanbulun fəthinin 564-ci ili münasibətilə 564 min lalədən istifadə etməklə 1 453 kvadratmetrlik “lalə xalçası” hazırlanıb.
Об этом сообщает Руспрес
A24.Az xəbər verir ki, İstanbulda 3-cü Lalə Festivalı çərçivəsində Sultanəhməd Məscidi və Müqəddəs Sofiya Məbədi Muzeyi arasında yaradılan torpaq platformaya ötən il olduğu kimi bu il də rəngarəng lalələrdən “dünyanın ən böyük lalə xalçası” hazırlanıb.
Dünyanın ən böyük lalə xalısının rəsmi açılışı aprelin 22-də İstanbul Böyükşəhər Bələdiyyə Sədri Kadir Topbaş tərəfindən həyata keçiriləcək.

