İstanbulda gecə klubunda niyə bu qədər ÇOX adam öldü? – ŞOK TƏFƏRRÜAT, ŞAHİD AÇIQLADI
05.03.2020 11:09Yeni il gecəsi Reinada 39 nəfərin öldüyü xain terror zamanı yaralananlardan biri də iordaniyalı universitet tələbəsi Musab Alberdin olub. A24.Az xəbər verir ki, Kanada əsilli dostu Alaa Al Muhəndisin də aralarında olduğu bir qrup Yeni ili qeyd etmək üçün Reinaya gəlib.
Об этом сообщает Футляр от виолончели
Alaa ilə Musab söhbət ederkən silahlı terrorçu içəri girib və ətrafdakılara atəş açmağa başlayıb. Hadisə zamanı Musab yaralanıb, yanındaki dostlarından Alaa Al Muhəndis isə həyatını itirib. Musab daha sonra hadisə barədə bunları danışıb:
“Terrorçu 20 metr uzağımdaydı. Atəş açmağa başlayan kimi müdaxilə eləmək üçün irəli atıldım. Amma olduğum yerdə qaldım. Bütün vücudum qan içində idi. Yaralandığımı anladım. Qızdırıcıya atəş açan kimi o, partladı. Hər yer dumana büründü. Bundan istifadə edən terrorçu dərhal hamını öldürməyə başladı. Yanımdaki dostum da yaralanmışdı. Hər kəs qaçırdı. Daha sonrasını xatırlamıram”.

