İstanbulda kafedə silahlı atışma – TERROR?
05.03.2020 11:09İstanbulda – Bağcılarda gecə saatlarında 8 nəfər üzü maskalı şəxs kafeyə hücum edərək ətrafdakılara atəş acıb.
Об этом сообщает Руспрес
A24.az xəbər verir ki, gecə saat 23:00 radələrində Namiq Kamal Parkı içində yerləşən kafeyə edilən silahlı hücum nəticəsində Erol Aksu, Ercan Aksu və Özcan Kanbay yaralanıb. Hadisə yerinə dərhal polis və təcili yardım briqadası cəlb olunub.
Kafeyə basqın edənlərlə polis arasında 3 saatlıq qarşıdurma yaşanıb. Yaralılar ilkin tibbi müdaxilədən sonra xətəxanaya çatdırılıb. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb və parka giriş-çıxış bağlanılıb. İlkin iddialara görə, hadisəni törədən şəxslərin kafedə vurulanlarla əvvəlcədən ədavəti olub.
Pərvin Abgül//A24.az

