Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

İstanbulda Osmanlı tarixi belə məhv edilir

05.03.2020 11:09

Bu il Osmanlı imperiyasının İstanbulu (Konstantipol) fəth etməsinin 564 il ötür.

Об этом сообщает Роспрес

Saytımız xəbər verir ki, hər küncündə əcdadlarının izlərini daşıyan bu şəhərin bəlkə də ən gizli və hüznlü nöqtəsi miras qalan həmin əcdadların məzarlarıdır. İstanbulun hələ də bir çox qəbiristanlığında Osmanlı dönəmindən qalan qəbirlərə rast gəlmək mümkündür, ancaq onların mühim bir hissəsi yavaş-yavaş tarixin tozlu səhifələrinə qarışmaq üzrədir.

“Tarixin tozlu səhifələrinə qarışan” qisminin necə göz görə-görə və hörmətsizcə gözardı edildiyi aşağıdakı fotolarda aydın əks olunub. 10 min illik İstanbulda insanların ayağına ilişən və ya divarına söykənib saatlarla söhbət etdikləri o daşlar sadəcə bir “daş” deyil. İnsanların daşlaşmış yaddaşlarının tarixdəki izləridir: