İstanbulda restorana silahlı HÜCUM – Yaralılar var
05.03.2020 11:09 Türkiyənin İstanbul şəhərində yenidən silahlı insident baş verib. A24.Az “Doğan” xəbər agentliyinə istinadən xəbər verir ki, hadisə Fatih rayonunda qeydə alınıb. Avtomobillə ərazidəki restoranlardan birində gələn naməlum şəxslər həmin obyektə silahlı hücum təşkil ediblər.
Silahlı insident zamanı restoran sahibi və hadisə zamanı yolda hərəkət edən bir nəfər yaralanıb.
Artıq hadisənin bəzi təfərrüatları da bəlli olub. Bildirilir ki, restoran sahibi Osman Yılmazla daha öncədən aralarında qan davası olan iki nəfər onun işlətdiyi restoranın önünə gələrək Osmana odlu silahdan atəş açıblar. Restoran sahibi və yoldan keçən vətəndaş yaralanıb, şüphəlilər isə gəldikləri əvtomobilə əyləşərək ərazidən uzaqlaşıblar.
Yaralılar dərhal yaxınlıqdaki xəstəxanaya çatdırılıblar.
Об этом сообщает Руспрес
Dərhal araşdırmaya başlayan polis insidenti törədən şəxslərin əraziyə icarəyə götürdükləri avtomobillə gəldiklərini açıqlayıb. Hazırda araşdırma davam etdirilir.

