“İstanbul”u bombaladılar – Türkiyəyə nə mesaj verilir?
05.03.2020 11:09Son günlərdə müxtəlif ölkələrdə “İstanbul” adlı iki türk restoranının hədəfə alınması “Türkiyəyə mesajmı verilir?” sualını ağıllara gətirib.
Об этом сообщает Руспрес
Belə ki, 14 avqustda Afrika ölkələrindən olan Burkina-Fasonun paytaxtında “İstanbul” adlı türk restoranına basqın edildi.
A24.Az xəbər verir ki, 20 nəfərin öldüyü, 8 nəfərin yaralandığı basqını DEAŞ- a bağlı radikal qruplar üzərinə götürdü.
Ötən gün isə İspaniyanın katalan bölgəsi Barselonada “Luna de İstanbul” adlı türk restoranı basqına məruz qalıb. Hadisəni İŞİD üzərinə götürüb.
İki hadisə arasında əlaqə olub-olmaması açıqlanmasa da, 3 gün ərzində iki fərqli ölkədə türk restoranlarına edilən basqınlar “Hədəf Türkiyədirmi?”, “Türkiyəyə mesajmı verilir?” iddiasını gündəmə gətirib.
Vəsilə İbrahim // A24.Az

