İstifadəçilərin ən çox narazı qaldığı mobil operator – ANALİZ
05.03.2020 11:09Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2017-ci ilin oktyabr ayı üzrə analiz işini yekunlaşdırıb.
Об этом сообщает Роспрес
A24.Az Media Təqib Mərkəzinin monitorinqinə əsasən, mobil operatorlarla ilə bağlı oktyabr ayı üzrə məlumatları təqdim edir.
Belə ki, 2017-ci ilin oktyabr ayında elektron mətbuatda, yəni sayt və portallarda mobil operatorlarla əlaqəli 1017 xəbər yerləşdirilib. Bunlardan 883-ü neytral, 120-si müsbət,14-ü isə isə mənfi xəbərdir.
Müsbət xəbərlər arasında “lider”: AzerCELL (60 xəbər – Azercell-in prezidenti qızıl medalla təltif olunub), BakCELL (60 xəbər – Bakcell Azərbaycanda yüksək sürətli internet təklif edən şirkət kimi ən yaxşı şəbəkə adına layiq görülüb).
Mənfi xəbərlər arasında “lider”: AzerCELL (14 xəbər – Azercellə qarşı abonentlərin ittihamları ? oğurluq, dələduzluq, dilənçilik).
Xəbər sayına görə sıralama:
| 1 | AzerCELL | 593 xəbər |
| 2 | BakCELL | 222 xəbər |
| 3 | Nar Mobile | 200 xəbər |
| 4 | Nar Mobile | 2 xəbər |
Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 174 xəbər dərc edilib.
Bunlardan 159-u neytral,15-i isə müsbətdir.
Müsbət xəbərlər: AzerCELL (10 xəbər- Azercell-in prezidenti qızıl medalla təltif olundu), BakCELL (5 xəbər -Bakcell sınaq nəticələrinə görə Azərbaycanda ən yaxşı mobil şəbəkə kimi tanınıb).
Xəbər sayına görə sıralama:
| 1 | AzerCELL | 112 xəbər |
| 2 | BakCELL | 40 xəbər |
| 3 | Nar Mobile | 22 xəbər |
Oktyabr ayında televiziya kanallarında mobil operatorlar haqqında 9 xəbər göstərilib.
| 1 | AzerCELL | 6 xəbər |
| 2 | BakCELL | 2 xəbər |
| 3 | Nar Mobile | 1 xəbər |
Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1600 sayt (o cümlədən, 500 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

