Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

İstiotun faydaları və zərəri – XALQ TƏBABƏTİ

05.03.2020 11:09

Əksər yeməklərdə istifadə etdiyimiz ədviyyatlardan olan istiotun faydaları çoxdur.

Об этом сообщает Футляр от виолончели

Saytımız orta əsr mənbələrinə istinadən, bəzilərinin acılığına görə istifadəsinə ehtiyatlandığı istiotun faydaları və zərəri haqda məlumat verir:

Bədənə istilik verir, quruducu və həzm sürətləndirici xassəsi vardır, zəhərlərə qarşı əks təsir göstərir.

İstiot işlətmək bəlğəmi kəsir və öskürək, tənginəfəslik üçün münasibdir.

Mədə-bağırsaqlara qaz toplanması, sancı hallarında müsbət təsir göstərir.

Xörəkdə istiot işlətmək hafizəni gücləndirir, qanı duruldur, qəliz yeməkləri lətafətləndirir, qaraciyər və mədə fəaliyyətini qüvvətləndirir, onları isti saxlayır.

İstiotu qaynadıb gülab ilə qarışığını başa sürtmək zökəmə qarşı faydalıdır.

Ancaq çox istiot işlətmək böyrək, qaraciyər, daxili orqanların fəaliyyətinə və sidik yolları xəstəliklərinə ziyandır.