İstirahətdən gəlmisiz, amma yenə də özünüzü tükənmiş hiss edirsiz? – 8 addımda həyata yenidən başlayın
05.03.2020 11:09İl boyu səbirsizliklə gözlədiyiniz yay tətilinə çıxdınız. Amma yenə əzgin və yorğunsuz, elə bil heç istirahət etməmisiz. Səhərləri işə zorla gedirsiz. Özünüzü fiziki və zehni yorğun hiss edirsiz. Bütün bunların səbəbi tükənmişlik sindromudur.
Об этом сообщает Роспрес
A24.Az xəbər verir ki, psixoloq İrem Sürmez əsasən iş həyatının tükənmişlik sindromuna səbəb olduğunu bildirir. “Tükənmişlik sindromu yorğunluqdan baş ağrısına, yuxusuzluq və iştahsızlıq, mədə və bağırsaq xəstəliklərinə, ekzema, qaşıntı və saç qıran kimi dəri xəstəliklərindən tutmuş, müvazinət pozğunluğu, hətta depressiyaya qədər bir çox problemə yol aça bilir. Psixoloqun sözlərinə görə bəzi tədbirlər həyata keçirərərk bu sindromun öhdəsindən gəlmək mümkündür.
İdmanla məşğul olun.
İdmanla məşğul olmağın həm fiziki, həm də psixoloji faydaları var. İdman stressin öhdəsindən gəlməyə kömək edir. Belə ki, məşq edəndə orqanizm endorfin kimi xoşbəxtlik hormonu ifraz etməyə başlayır. Orqanizm güclənir, özünüzə inam artır. İdmandan sonra problemlərə daha fərqli gözlə baxmağa başlayassız.
2 – Səhər və günorta yeməyini qaçırmayın.
İş həyatının gərginliyindən insanlar sağlamlığına ciddi fikir vermirlər. Əlüstü qidalar qəbul etməklə sağlamlığa zərər vururlar. Aparılan araşdırmalara görə, yeməklə stress arasında birbaşa əlaqə var. Günə səhər yeməyi ilə başlamaq qan şəkərini tənzimləyir, daha gümrah olmağınıza kömək edir. Ayaqüstü yemək əvəzinə 20 dəqiqə oturaraq səhər yeməyini yemək günə enerjili başlamağınız deməkdir.
3 – Ailənizə və dostlara daha çox vaxt ayırın
Ailə və sosial həyatı qənaətbəxş olan fərdin işdəki motivasiyası da daha yüksək olur. İş həyatı nə qədər gərgin olursa olsun, ailənizə və dostlarınıza vaxt ayırın. Ətrafınızdakı insanlardan dəstək alın; Sevdiklərinizləə daha çox vaxt keçirmək işdəki uğurunuz üçün də mühüm bir formul olacaq.
4 – Xobbilərinizlə məşğul olun.
Həm iş, həm də sosial həyatda olan məsuliyyət enerjinizi tükəndirə bilər. Özünüzə aid şəxsi maraq dairəniz olsun. Xobbinizlə məşğul olmaq sizi yenidən canlandıracaq və iş həyatınız da bundan müsbət mənada təsirlənəcək.
5 – Özünüzü təkmilləşdirin
İş yerində tutduğunuz vəzifə və məsuliyyətlər təhsil aldığınız sahəylə əlaqəli deyilsə, öz üzərinizdə işləməyə çalışın, yeni şeylər öyrənin. Özünüzü zamanla daha yaxşı hiss edəcəksiniz.
6 – Ehtiyac varsa, iş yoldaşlarınızdan dəstək alın.
Tükənmişlik sindromu birbaşa iş həyatı ilə əlaqəlidir. Sizin məsuliyyətinizdə olan işin öhdəsindən gəlmək üçün ehtiyac varsa, məsləkdaşlarınızdan dəstək alın.
7-Həyatınızı yalnız işə fokuslamayın.
İş və ev həyatının tarazlığı çox əhəmiyyətlidir. Bu tarazlığın pozulması zamanla şəxsi və ailə həyatında parçalanmalara səbəb ola bilər.
Sadəcə işə yönümlü yaşamayıb, işdən başqa sizə dəstək olacaq və sizi rahatladacaq işlərə də vaxt ayırın.
8 – Mütəxəssisə müraciət etməkdən çəkinməyin
Psixoloq Sürmez bildirir ki, tükənmişlik sindromu ilə mübarizədə mütəxəssis dəstəyi almaqdan çəkinməyin. “Əlavə tədbirlər almağınıza baxmayaraq, özünüzü yenə bədbəxt və tükənmiş hiss etməyə davam edirsinizsə, mütləq psixoloqa müraciət edin. Xəstələnəndə həkimə müraciət edirsiniz, tükənmişlik sindromunun da sağalmağa ehtiyacı var”.
Vüsalə

