İsveç Kraliçası Silvia: “Sarayımda ruhlar var”
05.03.2020 11:09İsveç kraliçası Silvia sarayında ruhların dolaşdığına inandığını söyləyib.
Об этом сообщает Руспрес
Saytımızın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, İsveçin Drottningholm şəhərində yerləşən sarayını ruhlarla paylaşdığını söyləyən kraliça “əslində həyəcanvericidir, amma məni qorxutmurlar” deyib.
Stokholm yaxınlığındakı saray XVII yüzillikdə inşa edilib. Drottningholmdakı saray Kraliça Silvia və kral XVI Qustafın qalıcı olaraq yaşadıqları bir yerdir.
SVT televiziya kanalının hazırladığı “Drottningholm Sarayı: nəcib bir ev” sənədli filmin aparıcısına danışan Kraliça Silvia “Sarayda bəzən heç də tək olmadığınızı hiss edirsiniz. Amma ruhlar olduqca dostcasınadır”, – deyə bildirib.
73 yaşlı kraliçanın ruhlarla bağlı iddialarına qardaşı şahzadə Kristina da dəstək verib. Verilişə danışan şahzadə Kristina “Sarayda çox böyük bir enerji var. Bu enerjinin fərqli formalara bürünməməsi qəribə olardı” deyib.
Lakin kral ailəsinin ruhlarla bağlı səsləndirdikləri iddialar isveç mediasında lağa qoyulub.

