Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

İsveçrədə Çavuşoğlunun səfərinə qarşı aksiyalar planlaşdırılır

05.03.2020 11:09

İsveçrənin Sürix şəhərinin rəhbərliyi federal hökumətə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun səfərini ləğv etmək xahişi ilə müraciət edib.
A24.Az xəbər verir ki, bu barədə “France Presse” xəbər verib.
“Biz tədbirlər görülməsi xahişi ilə Bernə məktub göndərmişik ki, bazar günü Sürixdə gözlənilən hadisə baş verməsin” – deyə departamentin nümayəndəsi agentliyə bildirib. O, qeyd edib ki, Türkiyə XİN başçısının gələcəyi təqdirdə bir sıra aksiyalar gözlənilir.
Türkiyə xarici işlər nazirinin həmçinin Niderlandın Rotterdam şəhərində martın 11-ə planlaşdırılmış çıxışı da baş tutmayacaq. Bu barədə jurnalistlərə meri Əhməd Əbutalib xəbər verib.
Onun sözlərinə görə, konfrans mərkəzinin sahibləri Çavuşoğlunun iştirakı ilə tədbirin keçirilməsi üçün icazəni geri götürüb. “Əgər onlar bunu etməsəydilər, ola bilsin, mən özüm ictimai asayişə təhlükə səbəbindən aksiyanı şəxsən ləğv edərdim”, – deyə o qeyd edib.
Bundan əlavə, Əbutalib ümidvar olduğunu bildirib ki, beynəlxalq diplomatiya öz işini görəcək və Çavuşoğlu Niderlanda səfərindən ümumiyyətlə imtina edəcək.

Об этом сообщает Роспрес