İtaliya millisində baş məşqçi dəyişikliyi ola bilər
05.03.2020 11:10İtaliya milli komandasında tezliklə baş məşqçi dəyişikliyi ola bilər.
Об этом сообщает Роспрес
A24.az-ın Qol.az-a istinadən yaydığı xəbərə görə, “Skuadra Adzurra” dünya çempionatına yollansa belə, baş məşqçi Campyero Venturanın istefaya göndəriləcəyi gözlənilir.
İtaliya Futbol Federasiyası avqustda 69 yaşlı mütəxəssislə müqaviləni 2020-ci ilin yayına qədər yeniləyib. Lakin millinin son zamanlar uğursuz çıxışı narazılıqla qarşılanır ki, bu səbəbdən də Venturanın tezliklə vəzifəsindən uzaqlaşdırılacağı ehtimal edilir.
Artıq Venturanın yerinə gələ biləcək 3 məşqçinin adı məlumdur. Bunlar Karlo Ançelotti, Antonio Konte və gənclər yığmasının çalışdırıcısı Luici di Byaccodu.
Xatırladaq ki, İtaliya millisi DÇ-2018-in pley-off mərhələsindəki ilk görüşündə səfərdə İsveçə 0:1 hesabı ilə uduzub.

