Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

İtaliyada zəlzələ: 2 nəfər ölüb, 10 nəfər itkin düşüb

05.03.2020 11:10

İtaliyada zəlzələ olub.

Об этом сообщает Роспрес

Saytımız “Report”a istinadən xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Xəbərdə bildirilir ki, yeraltı təkanlar İskya adasında qeydə alınıb. İtaliyanın Milli Geofizika və Vulkanologiya İnstitutunun məlumatına görə, 3,6 bal gücündə zəlzələ yerli vaxtla saat 20:58-də qeydə alınıb.

Zəlzələnin episentri adanın qərb sahillərində, zəlzələ ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Şahidlərin sözlərinə görə, yeraltı təkanlar adanın müxtəlif yaşayış məntəqələrində aydın hiss olunub və çoxsaylı sakinlər, turistlər arasında təlaşa səbəb olub. Bir çox insanlar qorxudan küçələrə çıxıblar.

Daxil olan xəbərlərə görə, 3,6 bal gücündə baş vermiş zəlzələ binanın dağılmasına səbəb olub. Son məlumata görə, 2 nəfər ölüb, 10 nəfər itkin düşüb, 25 nəfər isə xəsarət alıb. Onlardan 2-nin vəziyyəti ağırdır.

Xilasedicilər dağıntılar altında cəsədlərin olduğunu istisna etmirlər.