Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

İtaliyadan bir neçə saniyədə nifrət etməyiniz üçün 7 səbəb – ANTİREKLAM

05.03.2020 11:10

Deyilənə görə, İtaliya dünyanın ən gözəl, şəhərlərinə yağış yerinə romantika yağan, dünyanın ən dadlı  pizzası və spagettisi hazırlanan bir ölkədir. Amma bütün bunlar italyanların insanlara danışdığı ən dəhşətli yalanlardır.  İnsanların bu qədər aldadılmasına göz yuma bilmədik və qərar verdik ki, artıq həqiqətlər danışsın.

Об этом сообщает Роспрес

Beləliklə A24.Az sizə İtaliyadan bir neçə saniyə içində nifrət etməniz üçün səbəbləri təqdim edir:

Məsələn paytaxt Roma…Ümumilikdə 3 milyondan çox əhalisi var. Yəni turistlərə tərpənməyə yer belə yoxdur. İtalyanlar tarixləri ilə çox öyünürlər. Bütün turistləri qürurla  Kolizeyə aparırlar. Amma antik tikilinin qalıqları altında qalmaq istəmirsinizsə, italyan tur bələdçilərinin sözünə aldanmayın. Çünki Kolizey hər an üstünüzə uça bilər.

Guya Positano, Amalfi, Çinkve-Terre kimi “turistik” yerlər balayı cənnətləri sayılır. Əziz cütlüklər, təəssüflə vurğulamalıyıq ki, italyanlar bu mövzuda da bizə yalan danışıblar. Bu yerlər bal ayınızı zəhərə çevirə bilər. Odur ki, uzaq durun.

Sözdə dünyanın ən zövqlü şəhəri Milan sayılır. Hər il şəhərdə onlarla shopping festivallar keçirilir, alış-veriş etmək istəyən xanımlar şəhərdəki brend mağazalara tonlarla pul tökür, modelyer-dizayner olmaq istəyən gənclər təhsilini mütləq bu şəhərdə davam etdirmək istəyir. Amma acı bir həqiqət var ki, dünyanın ən zövqsüz şəhəri elə Milandır. Gedən pullarınıza heyifiniz gəlsin. Bakının nisbətən kənarlarında yerləşən ticarət mərkəzlərində geyimlər daha zövqlüdür nəinki Milanda…

Sevgililər şəhəri Venesiya və Verona…Guya bu şəhələr çox rəngarəngdir, göydən romantika yağır və s. Romatikanı kim itirib ki, siz də tapasınız? Həqiqətə gəlincə, hər iki şəhər bomboz və cansıxıcıdır. Bu şəhərlərdə evə qayıtmaq üçün saatlarınızı sayacaqsınız.

İtaliyanın 3-cü böyük gölü Komo…İtalyanlar turist qazanmaq üçün Ronaldinyo, Madonna, Silvestr Stallone kimi məşhurların adından istifadə ediblər. Guya bu məşhurların Komo gölü ətrafında villaları var. Bir düşünün, Madonna və ya Silvestr Stallone kimi dünya şöhrətli ulduzlar heç bir təbiət mənzərəsi olmayan bir göl ətrafında niyə özlərinə həyat qurmaq istəsinlər ki?

İtalyanların durmadan təriflədikləri yeməkləri… pizza, spagetti, iltalyan pendirləri və s… Təsəvvür edin ki, cansıxıcı İtaliya restoranlarından birində spagetti çəngəlinizə ilişib və bütün restoranın diqqəti sizdədir. Bu qorxunc anı yaşamağa belə dəyməz. Ən yaxşısı evinizdə oturub dadlı İsmayıllı pendiri yeməkdir .

Turistlərin başına olmazın oyunlarını gətirdiyi Pisa qülləsi… İnternetdə paylaşılan  selfilərə aldanmayın. Hər keçənin şəkil xətrinə təpik vurduğu qüllə artıq əyilib. O da Kolizey kimi başınıza uça bilər.

Nərmin Kərim