İtin hərəkətə gətirdiyi traktor milyonçunun ölümünə səbəb oldu
05.03.2020 11:10Üzərindən traktor keçən britaniyalı milyonçu Derek Mid ürək dayanmasından ölüb.
Об этом сообщает Футляр от виолончели
A24.Az-ın xəbərinə görə, bu barədə “The Telegraph” nəşri mərhumun ailəsinə yaxın olan mənbəyə istinadən məlumat yayıb.
Qeyd olunur ki, traktoru hərəkətə milyonçunun iti gətirib.
İnsident İngiltərənin cənubunda Midin şəxsi süd fermasında bazar günü, iyunun 4-də baş verib. Ehtimal olunur ki, heyvan təsadüfən traktoru işə salaraq 70 yaşlı sahibinin üstündən keçib.
Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım çağırılsa da, milyonçunun həyatını xilas etmək mümkün olmayıb.
Bildirilir ki, Midin ailəsi Somerset qraflığında XV əsrdən kənd təsərrüfatı ilə məşğuldur. Derek Mid öz sərvətini əsasən heyvandarlıq sahəsində toplayıb. O, regionun siyasi həyatında və tikinti layihələrində fəal iştirak edirdi.

