Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

İtkin düşən yol polisinin taleyi necə olacaq? – DİN-dən açıqlama

05.03.2020 11:10

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Növbətçi hissəsinin sürücü-polis nəfəri Əliş Kərimovun ona təhkim olunmuş xidməti avtomobili idarənin yaxınlığında yol kənarında saxlayaraq öz rəhbərliyinə xəbər vermədən yoxa çıxdığı və sonradan tapıldığı barədə xəbər vermişdik.

Об этом сообщает Руспрес

A24.Az-un məlumatına görə, Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin rəisi, polkovnik Ehsan Zahidov virtualaz.org-a bildirib ki, böyük ehtimalla DYP əməkdaşı Əliş Kərimov yol verdiyi səhlənkarlığa görə işdən çıxarılacaq.

Qeyd edək ki, DYP əməkdaşının böyük məbləğdə borclu olduğuna görə gizləndiyi bildirilir. Onun qumar oyunlarında uduzduğu iddia olunur.