“İtkin düşüb” deyə axtarılan qadının evləndiyi ortaya çıxdı
05.03.2020 11:10Türkiyədə 2 yaşlı qızı ilə evdən çıxan azərbaycanlı qadın yoxa çıxıb. Daha sonra isə onun evləndiyi aşkar edilib.
Об этом сообщает Руспрес
Saytımızın məlumatına görə, Türkiyədə ağla gəlməyən bir hadisə yaşanıb. Azərbaycanlı bir qadının ərindən boşandığı, lakin eyni evdə yaşamağa davam etdiyi öyrənilib. Bir müddətdən sonra əri qadını döyməyə başlayıb. Əri tərəfindən hər gün döyülən qadın qızı ilə birlikdə mağazağa getdiyini söyləyərək evdən çıxıb və geri qayıtmayıb.
Narahat olmağa başlayan qadının ailəsi polisə xəbər verib. 18 gün davam edən axtarışlardan sonra polis qadını tapa bilməyib. Ailəsi daha sonra bir televiziya proqramına qatılaraq qızlarını axtarmağa başlayıb. Canlı yayıma gələn məlumatlar isə ailəni şoka salıb. Belə ki, iki yaşlı qızını alaraq evdən qaçan azərbaycanlı qadının başqa biri ilə evlənməyə hazırlaşdığı ortaya çıxıb. Azərbaycanlı qadının gəlinlik paltarında çəkilmiş şəkilləri üzə çıxandan sonra isə ailəsi daha bir şok yaşayıb. Beləliklə, boşandığı ərindən uzun müddətdir şiddət görən qadının başqa bir şəxslə razılığa gələrək evlənmək üçün evdən qaçdığı aşkar edilib. Hətta verilişin canlı yayımına qoşulan qadın xoşbəxt olduğunu və geri qayıtmayacağını deyib.

