Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

İxracdan əldə edilən gəlirin yarısını kim “yeyir?” – İQTİSADÇI AÇIQLADI

05.03.2020 11:10

Prezident İlham Əliyev qeyri-neft ixracatçılarının Yevlaxda keçirilən respublika müşavirəsində bildirib ki, ixrac edilən malların satışından əldə edilən gəlir tam şəkildə ölkəmizə gəlməlidir:

Об этом сообщает Роспрес

“Bunun üçün indi nəzarət mexanizmləri tətbiq olunur. Əvvəlki illərdə, məndə olan məlumata görə, göndərilən malların dəyərinin təxminən 30 faizi ölkəmizə qayıtmırdı, orada-burada gizlədirdilər. Xaricdə müxtəlif hesablarda gizlədirdilər. Buna yol vermək olmaz. Valyuta tam şəkildə gəlməlidir və əlbəttə ki, indi yeni mexanizm işə düşüb. Hansısa şirkət investisiya və ixrac təşviqini almaq istəyirsə, mütləq bu qaydalara riayət etməlidir”.

Məsələ ilə bağlı A24.Az-a açıqlama verən iqtisadçı Rəşad Həsənov bildirib ki, bu fakt həqiqətən var:

“Biz dəfələrlə qeyd etmişik ki, ölkədən ixrac edilən xüsusilə qeyri-neft məhsullarının gəliri ölkəyə yenidən qayıtmır. Bunun əslində fundamental səbəbləri var. Bu da həmin vəsaitin yenidən ölkəyə qayıtmamasına səbəb olur”.

Ekspert bu kimi halların baş vermə səbəblərini açıqlayır:

“Birincisi ölkədə ixracla məşğul olan şirkətlər bir sıra hallarda ixrac etdikləri məhsulların istehsalı zamanı daha çox idxala söykənən xammal əsaslı istehsalı təşkil edirlər. Bu isə son nəticədə idxal edilən xammalın əvəzində köçürmələrin birbaşa olaraq, bir şirkətdən digərinə köçürülməsinə və Azərbaycan ərazisinə daxil olmamasına gətirib çıxarır”.

İqtisadçının əlavə edir ki, bir anlıq təsəvvür edin, Azərbaycanda ixracla məşğul olan yəni öz istehsal etdiyi məhsulu ixrac edən bir şirkət eyni zamanda Rusiyadan müəyyən xammalı idxal edir:

“Və sonradan hazır məhsulu Rusiya bazarlarına çıxarır, satışı təşkil edir. Eyni zamanda xammal üçün satışı həyata keçirir. Ödənişi həyata keçirdikdə təbii ki, gömrük qaimələri ilə müqayisədə sonradan ölkəyə daxil olan vəsaitin həcmi daha az olur”, – deyə ekspert bildirib.

Rəşad Həsənov ikinci səbəb kimi ixracın çox hissəsinin fizki şəxlər tərəfindən həyata keçirilməsi ilə əlaqələndirib:

“İkinci səbəb ondan ibarətdir ki, bir sıra hallarda Azərbaycandan ixrac daha çox fiziki şəxslər tərəfindən həyata keçirilir. Bu insanlar sonradan həmin məhsullardan əldə etdikləri gəlirin müəyyən bir qismini cari istehlak xərclərinə yönəldir. Və bu sonradan əmtəə kimi və yaxud da deyək ki, hər hansı bir istehlak məhsulu kimi gəlirin ölkəyə daxil olmasına gətirib çıxardır”.

Ekspert missal olaraq göstərir ki, yəni ixracla məşğul olan biri Rusiyaya kənd təsərrüfatı məhsulu aparır, bu məhsulların satışını təşkil edir:

“Daha sonra Rusiya bazarlarında Azərbaycanla müqayisədə daha aşağı qiymətə olan özünü cari istehlak məhsullarını alıb, ölkəyə gətirir. Bu məqsədlə də əlində olan gəlirin müəyyən bir qisminin xərclənməsini həyata keçirir”.

İqtisadçı növbəti səbəbin logistik və transport xətlərinə çəkilən xərclərlə bağlı olduğunu vurğulayıb:

“Üçüncü səbəb isə ixrac prosedurları (ixrac prosesi sadə bir şey deyil) eyni zamanda bir sıra hallarda ixracı həyata keçirən insanlar, ixrac etdikləri ölkələrdə logistik və transport xətlərindən istifaddə etmək məcburiyyətində qalırlar. Və beləliklə də, gəlirlərinin müəyyən bir qismini  məhz bu istiqamətdə sərf etməli olurlar.”

“Bu xərclərin ödənilməsinin kompensasiya edilməsinə sərf edirlər. Bununla da, gördüyümüz kimi ən müxtəlif formada vəsaitlər bri mənalı şəkildə ölkəyə qayıtması iqtisadi baxımdan  qeyri mümkündür”, – deyə R.Həsənov söyləyib.

Ekspert bildirir ki, bu məsələdə subyektiv məqam da var:

“Bu məqam isə ondan ibarətdir ki, bir sıra hallarda ixracla məşğul olan hüquqi və fiziki şəxslər ixracdan əldə etdiyi gəlirlərinin əsas hissəsini xaricdə banklarda olan hesablara və ya xaricdə xərcləməyə yönəldirlər. Bu da ən çox qida sektorundan hiss olunan məqamlardan biridir”.

“Hazırda xüsusilə də 2014-cü ildən sonra biznes mühtinində müşahidə edilən dəyişikliklər (inhisarçılıqla mübarizəni nisbətən artırılması və iqtisadi mühitin liberallaşdırılması iqtisamətində hüquqi bazanın formalaşdırılması) əvvəlki dövrlər də daha rahat şəkildə və eyni zamanda himayədarlığa əsaslanan prinsiplərlə fəaliyyət göstərən sahibkarların hüquqi şəxslərin öz vəsaitlərinin daha ehtiyatlı şəkildə ölkəyə daxil etməsinə səbəb olub”, – deyə iqtisadçı əlavə edib.

Rəşad Həsənov xüsusilə qeyd edir ki, Mərkəzi Bank ölkədə məzənnə siyasətinin tənzimlənməsi məqsədilə nağd pulun ölkədən çıxarılması ilə bağlı ölkədə qaydalara 2 dəyişiklik edərək bu qaydaları daha da çətinləşdirib:

“Eyni zamanda hazırda leqal yolla ölkədən nağd pulun kütləvi miqdarda çıxarılması mümkünsüz hesab edilir. Amma əvvəlki dövrlər də bu kimi nəzarət olmadığı üçün müəyyən qruplar, misal üçün biznes subyektləri bu davranışlara alışmışlar. Və hazırda da qeyd edilən istiqamətdə hökumətin ortaya qoyduğu mövqeyə adekvat reaksiya verirlər”.

“Yəni çalışırlar ki, öz gəlirlərini ixraxla kənara çıxarsınlar. Məhsulu istehsal edib, ixracı həyata keçirirlər və nəticədə isə pul vəsaitləri digər bir üçüncü ölkəyə transfer edirlər. Və digər maraqları üçün istifadə edirlər”, – deyə iqtisadçı bildirib.

Ekspert ölkədə olan sahibakların Azəbayacan deyil xaricə daha çox yatırım etmək maraqlı olduqları məsələsinə də diqqət çəkib:

“Azərbaycanda sahibkarla hazırkı xüsusilə də iqtisadiyyatda müşahidə edilən edilən bir dövrdə ölkə iqtisadiyyatına yatırımdan daha çox xarici ölkələrin iqtisadiyyatına yatırım etməyə üstünlük verirlər. Məhz bu amil özü də qeyd etdiymiz istiqamətdə davranışları təşviq edən amildir. Çünki ümumiyyətlə investisiya daha münbit mühitin olduğu istiqamətlərə yönəlir”.

“Azərbaycan kimi təxminən 50%-dən çox bir qisminin illeqal olduğu ölkələr də, bu kimi investisiya təşəbbüsləri illeqal variantların istifadə olunması yolu ilə alternativ variantlardan yararlanma üsulu yolu ilə həyata keçirilir. Bütövlükdə məhz bu kimi faktorlar son nəticədə onu göstərir ki, hazırda il ərzində Azərbaycana ixrac olunan məhsulların təxminən 500 milyon ABŞ dolları həcmində vəsaitin geri qayıtmamasına səbəb olub”, – deyə R.Həsənov vurğulayır.

Ekspert bildirir ki, bununla bağlı müəyyən addımlar atmaq olar:

“Bu istiqamətdə əsas görüləcək işlərdən biri qeyri qanuni davranışlarla mübarizə öz yerində, ölkə iqtisadiyyatını yerli istehsalın xammal asılılığından azad edilməsidir. Xammal asılılığından azad olma eyni zamanda biznes mühtinin liberallaşması Azərbaycan kimi nisbətən az rəqabətli ölkələrə investisiyanı təşviq edir. Bu isə ilk növbədə daxil investitorların marağını cəlb edir ki, onlar həm öz vəsaitlərini digər ölkəyə yatırmaqda deyil, Azərbaycana yatırmaqda maraqlı olsunlar”.

“Digər tərəfdən isə xammal alışı  məqsədi ilə digər üçüncü ölkələrə və yaxudda ki ixrac olan ölkəyə yönəldilmiş vəsaitlər də geri qayıtmış olur. Beləliklə də bir – birinə istiqamətli addımlar atılarsa, növbəti illər ərzində düşünürəm ki, ixracın dəyərinin daha az bir qismi prosesin həyata keçirilməsi zamanı ölkəyə qayıtmaz”, – deyə iqtisadçı qeyd edib.

Orxan