“İzdivaç” verilişində qalmaqal: Baha azərbaycanlı iştirakçını döydü – VİDEO
05.03.2020 11:10“Star” TV kanalında yayımlanan “Zuhal Topalla” izdivaç verilişinin canlı yayımından sonra iştirakçılar arasında dava düşüb.
Об этом сообщает Футляр от виолончели
Saytımız xəbər verir ki, iddiaya görə, davaya studiyadakı təhlükəsizlik qüvvələri, səs rejissorları, texniki qrup və verilişin işçiləri də qarışıb.
Baha Naza hücum edib, döyməyə başladı…
Evlənmək üçün verilişə gələn Baha adlı iştirakçı gəlin namizəd Nazın yeni talibi Ali ilə rəqs etməsinə əsəbləşərək studiyanı tərk etmişdi. Elə hadisə də bundan sonra baş verib. Bahanın yayımdan sonra avtomobilə minən keçmiş sevgilisi Naza hücum edib döyməyə başaldığı iddia edilib.
Hadisəyə digər bəy namzidələr də qarışıb…
Bir neçə təhlükəsizlik qüvvələri Bahaya müdaxilə etməyə başlayıb. Daha sonra studiyadan çıxan digər bəy namizədlər təhlükəsizlik əməkdaşlarına hücum edib. Hətta iş o yerə gəlib çatıb ki, verilişin texniki qrupu da davaya qarışmalı olub.
Bir anda ortalıqda yumruq-təpiklə dava edən 30-40 nəfərlik şəxslərin dava görüntüsü çıxıb. Verilişin aparıcısı Zuhal Topal isə binanın yuxarı mərtəbəsindən başını əllərinin arasına alaraq qorxu dolu gözlərlə baş verənləri izləyib.
Hadisə zamanı Bahanın çox pis şəkildə döyüldüyü iddia edilir. Dalaşan insanların bir-birindən şikayətçi olduğu və hadisənin polisə qədər gedib çıxdığı bildirilir.

