İzmirdə ən böyük fahişə əməliyyatı: 334 qadın saxlanıldı…
05.03.2020 11:10İzmirdə əxlaqsızlıqla məşğul olan 334 qadın yaxalanıb.
Об этом сообщает Футляр от виолончели
Saytımız Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyat zamanı ələ keçirilən qadınların 174 nəfəri əcnəbi qadınlar olub. Uşağa və xəstəyə baxmaq üçün gətirilən əcnəbi qadınların əxlaqsızlıqla məşğul olmağa vadar edildikləri öyrənilib.
Əxlaq polisinin fahişəliklə mübarizə çərçivəsində keçirtdiyi əməliyyat və alınan ifadələrdən yararlanaraq hazırlanan hesabatda uşağa, xəstəyə və yaşlı qadına baxmaq üçün Ukrayna, Rusiya, Qazaxıstan, Qırğızıstan, Azərbaycan, Gürcüstan və Yamaykadan İzmirə gətirilən əcnəbi qadınlara əxlaqsızlıq etdirildiyi aşkarlanıb.
Əcnəbi qadınlar verdikləri ifadələrdə Türkiyədəki kişilərlə sosial media vasitəsi ilə tanış olaraq baxıcılıq etmək üçün İzmirə gəldiklərini deyiblər. Hətta bəzi əcnəbi qadınların əllərindən pulları alınaraq fahişəliyə məcbur ediliblər. Digərləri isə yüksək gəlir əldə etmək üçün öz istəkləri ilə fahişəlik etdiyi öyrənilib.
Əməliyat zamanı ələ keçirilən qadınların öz ölkələrində həkim, müəllim, vəkil, mühəndis kimi hörmətə layiq peşə sahibi olduqları da təsbit edilib.
Firuzə Alimova / MTM

