Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Jurnalisti Polad Bülbüloğlu işdən çıxartdırıb? – Səfirlikdən AÇIQLAMA

05.03.2020 11:10

“Lider” TV-nin Rusiyadakı müxbiri Anar Həsənovun Kremlin xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrova Azərbaycanın bir nömrəli problemi olan Dağlıq Qarabağ haqqında verdiyi sual bəzi dairələrdə narahatlıqla qarşılanıb. Məhz bu səbəbdən jurnalisti telekanaldan uzaqlaşdırıblar. A24.Az xəbər verir ki, jurnalistin işdən çıxarılması üçün təqdimatın Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğludan gəldiyi bildirilir.

Об этом сообщает Руспрес

Yayılan məlumata görə, səfir jurnalisti  “təxribatçı sual” verməkdə ittiham edib.

Məsələ ilə bağlı Modern.az saytı Polad Bülbüloğlu ilə əlaqə saxlamağa çalışıb. Səfir telefon zənglərini cavabsız qoyub. Səfirlikdən Polad Bülbüloğlunun ezamiyyətdə olduğu bildirilib.

Səfirliyin mətbuat xidmətindən verilən açıqlamada jurnalistin işdən çıxarılması ilə bağlı Azərbaycan mediasında yayılan xəbərlərə aydınlıq gətirilib.

“Bununla bağlı sadəcə, bir kəlmə onu deyə bilərik ki, Azərbaycanın Rusiyadakı səfirliyi olaraq burada, yalnız diplomatik fəaliyyətlə məşğuldur.

Hansısa televiziya kanalının əməkdaşının işdən çıxarılması ilə bağlı qərarı isə həmin kanalın rəhbərliyi verir. Ona görə də xahiş edirik, nə sualınız varsa, “Lider”  telekanalının rəhbərliyinə və mətbuat xidmətinə ünvanlayasınız”.

Qeyd edək ki,  həmkarımızın Lavrova ünvanladığı sual belə olub: “Azərbaycan tərəfinin antiterror əməliyyatlarına başlayacağı və işğal olunmuş əraziləri işğalçılardan təmizləyəcəyi təqdirdə Moskva necə hərəkət edəcək: buna göz yumacaq, yoxsa Azərbaycanın daxili işlərinə qarışacaq?”.

Xarici işlər naziri Sergey Lavrovun cavabı isə bu olub.

“Dağlıq Qarabağ ərazisində güc əməliyyatlarının və döyüş hərəkətlərinin keçirilməsi Azərbaycanın daxili işi deyil”.