Jurnalistika fakültəsinə yeni dekan seçildi
05.03.2020 11:10Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində dekan vəzifəsi Beynəlxalq Jurnalistika kafedrasının müəllimi Vüqar Zifəroğluna həvalə edilib.
Об этом сообщает Роспрес
Saytımız bildirir ki, məlumatı BDU-nun mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova da təsdiqləyib.
Fakültənin dekan müavini Könül Niftəliyeva bildirib ki, əvvəlki dekan əvəzi Cahangir Məmmədli ictimai işlərinin çoxluğu səbəbi ilə vəzifəsindən imtina edib. Onun sözlərinə görə, fakültədə dekan seçkiləri bu ilin oktyabrında keçiriləcək.

