Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Jurnalistlərin maaşını verməyən sayt rəhbəri danışdı: “Ortada külli miqdara puldan söhbət getmir”

05.03.2020 11:10

Fəaliyyəti dayandırılan və jurnalistlərin maaşını vermək əvəzinə, onları təhdid edən admiral.Az saytının rəhbəri Vüsal Musayev barəsində yayılan ittihamlarla bağlı açıqlama verib. A24.Az xəbər verir ki, missiya.az-a açıqlama verən V. Musayev maaşların gecikməsi ilə bağlı məlumatı təsdiqləyib.

Об этом сообщает Футляр от виолончели

«Mən işçilərin maaşını ödəməkdən imtina etmirəm. Şirkət mənimdir. Hazırda şirkətdə maliyyə böhranı yaşandığı üçün maaşları vermə bilmirəm. Hər bir əməkdaşla danışılıb ki, səbirli olsunlar, maaşları veriləcək. Artıq maaşlar hissə-hissə ödənilir. Ümumi hesabladıqda ortada külli miqdara puldan söhbət getmir», -deyə sayt rəhbəri bildirib.

Lakin Vüsal Musayev maaşların verilməsi ilə bağlı konkret vaxt deməyib.

Bunu da oxuyun: Azərbaycanda bağlanan saytın işsiz qalan jurnalistləri hədələnir, BƏS QANUN NƏ DEYİR?

Qeyd edək ki, saytda çalışan Elçin Bayaramov, Nərgiz Əzizova, Səbinə Pirverdiyeva, Fəridə Əliyeva, Ülvi İmanov, Susanə Nəsirova, Saməddin Mehralıyev, Mirəli Ağayev, Rüfət Kərimov, Rəsul Qasımov kimi işçilər bir neçə aydır ki, maaşlarını ala bilmirlər.

Əməkdəşların verdiyi məlumata görə, sayt rəhbəri Vüsal Musayev onların maaşını müxtəlif bəhanələr gətirərək verməkdən yayınır.

Saytın keçmiş əməkdaşları isə maaşlarının verilməməsinə etiraz olaraq sosial şəbəkələrdə statuslar paylaşıblar.

Həmçinin tanınmış jurnalistlər də işçilərinin maaşının verilməməsinə etiraz səslərini qaldırıblar. Onlar da işçilərə dəstək məqsədi ilə sosial şəbəkələrdə statuslar yazıblar.