Kabildə terror aktı törədildi: ölənlər və yaralananlar var
05.03.2020 11:11Əfqanıstanın paytaxtı Kabil şəhərində baş vermiş partlayış zamanı 3 nəfər öldürülüb, 16 nəfər yaralanıb.
Об этом сообщает Футляр от виолончели
A24.Az “Report”a xəbər verir ki, bu barədə Əfqanıstanın Daxili İşlər Nazirliyinin nümayəndəsi Nəcib Daniş məlumat yayıb.
Danişin sözlərinə görə, partlayış yerli vaxtla saat 18-də törədilib. Qeyd olunur ki, ölənlər arasında iki polis əməkdaşı da var. Bundan başqa daha 14 dinc sakin yaralanıb.
Əfqanıstanın “Pajvak” agentliyi isə bombanın maqnitlə polis maşınına yapışdırıldığını xəbər verib. Agentlik 1 nəfərin öldürüldüyünü, 16 nəfərin yaralandığını xəbər verib.
Terror aktına görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.

