Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Kadırov İŞİD-ə qoşulan Həsən Tahirovun videosunu yayımladı – VİDEO

05.03.2020 11:11

Çeçenistan rəhbəri Ramzan Kadırov Teleqramdakı hesabından İŞİD-ə qoşulan çeçen döyüşçü Həsən Tahirovun videosunu yayıb.

Об этом сообщает Руспрес

Saytımız xəbər verir ki, kişiləri terror təşkilatına meyil etməməyə səsləyən Kadırov Tahirovun başına gələnləri qeyd edib. O bildirib ki, Həsən Tahirov hazırda İraq həbsxanasındadır, o, silahlı qruplaşmaya qoşulmaqda, qanunsuz olaraq başqa ölkənin ərazisində hərbi əməliyyatlarda iştirakda, Rusiya Federasiyasının maraqlarına zidd hərbi aktivlikdə ittiham olunub. Belə ki, H.Rüstəmov 2014-cü ildə oğlu Bilalla bərabər Suriyaya gedib və İŞİD-ə qoşulub. 2016-cı ilin fevralında onun barəsində Çeçenistanda axtarış elan olunub.

2017-ci il avqustda H.Tahirov ağır yaralı halda Mosulda tapılıb. Onunla birlikdə oğlu Bilal da olub. Bilal Rusiyaya geri göndərilib, Həsən isə İraqda türməyə salınıb.

Kadırov Həsənin videosunu paylaşaraq, ABŞ-ın İraqda ikili oyun oynadığını xatırladıb. Həmçinin çeçen gəncləri “bu açıq yalana inanmamağa” çağırıb.

Həsən də türmədən yaydığı videomüraciətində İŞİD-ə qoşulmaq istəyənləri bu fikirdən daşınmağa səsləyir. O bildirir ki, bu bir oyundur, burda nə xilafət var, nə islam dövləti. “Bu təşkilat ona görə yaradılıb ki, müsəlmanların aktiv hissəsini bir yerə yığıb məhv etsinlər”, – Tahirov bildirib.