Kamran Əliyev radara düşən “AMBULANS”dan DANIŞDI: “5 gün ərzində sürücü…”
05.03.2020 11:11Xəbər verdiyimiz kimi Ağdaş Mərkəzi Xəstəxanasından ağır infarkt diaqnozu ilə Bakıya köçürülməli olan xəstəni daşıyan təcili tibbi yardım maşını 310 manat cərimələnib.
Об этом сообщает Футляр от виолончели
A24.Az xəbər verir ki, məsələ ilə bağlı Dövlət Yol Polisinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Kamran Əliyev açıqlama verib.
Şöbə rəsinin sözlərinə görə, əgər avtomobili idarə edən sürücü hər hansı yolda müəyyən edilmiş sürət həddini aşırsa, bu foto, video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə qeydə alınır və nəqliyyat vasitəsinin sahibi barəsində elektron protokol tərtib olunur:
“Operativ nəqliyyat vasitələri isə hərəkət zamanı digər nəqliyyyat vasitələri qarşısında hərəkət üstünlüyü hüququna malik olduqlarına görə “Yol hərəkəti haqqında” Qanunun tələblərindən kənara çıxa bilərlər. Lakin hərəkətin başqa iştirakçıları qarşısında üstünlük almaq üçün belə nəqliyyat vasitələrinin sürücüləri sayrışan göy və ya qırmızı işıq və xüsusi səs siqnalını qoşmalıdırlar.
K.Əliyev əlavə edib ki, sözügedən məsələ ilə bağlı elektron protokol Ağdaş rayon Təcili Tibbi Yardım Stansiyasına göndərilib:
“Həmin stansiyanın rəhbərliyi protokol daxil olan andan etibarən 5 gün ərzində sürücü haqqında məlumat verməlidir. Təcili tibbi yardım maşınının çağırışa gedəndə, yoxsa çağırışdan kənar qayda pozuntusuna yol verdiyi müəyyən edilməlidir. Əgər qayda pozuntusu iş vaxtı baş veribsə və bunu nəqliyyat vasitəsinin məxsus olduğu müəssisənin rəhbərliyi təsdiq edərsə, o halda inzibati xəta haqqında protokollara xitam verilir”.
Xatırladaq ki, Ağdaş rayon Mərkəzi Xəstəxanasında təcili tibbi yardım maşınını idarə edən sürücülərdən birinin mətbuatda etdiyi şikayətə görə, son aylar Gəncəyə və Bakıya köçürülməli olan xəstələri daşıdıqları zaman radarlara düşürlər və xəstəxana rəhbərliyi bu cərimələrin onların maaşlarından çıxılacağını bildirir:
“Artıq neçə aydır ki, Gəncəyə və Bakıya köçürülməli olan xəstələri daşıdığımız zaman radara düşürük. Sonuncu dəfə martın 27-də Bakıya ağır infarkt diaqnozu ilə köçürülməli olan xəstəni daşıdığım zaman 310 manat radar cəriməsi kəsilib. Xəstəxana rəhbərliyi bu cərimələrin maaşlarımızdan kəsiləcəyini bildirir. O, “yavaş sürün, qoyun xəstə ölürsə ölsün” deyərək cərimələrin biz tərəfindən ödənilməli olduğunu bildirir. Bizimsə maaşımız 200 manatdır. Nə edəcəyimizi bilmirik”.

