Kanadada cümə günü sərbəst yürüşləri başa çatıb
05.03.2020 11:11A24.az xəbər verir ki, Kanadada keçirilən mövsümün 8-ci yarışının ilk iki sərbəst yürüş sessiyası bu gün baş tutub. İlk sessiyada Lyuis Həmilton bütün rəqiblərini üstələyib – 1.13.809. Mercedes AMG və Ferrari sürücülərinin nəticələri bir-birinə çox yaxın olub. Fernando Alonso demək olar ki, sessiyada işləyə bilməyib – problemlərə görə trasa gec çıxan ispan sürücü 13 dövrə vurduqdan sonra motordakı problemə görə dayanmalı olub.
Об этом сообщает Роспрес
İkinci sessiyada da iki lider komandanın sürücüləri bir-birilərinə yaxın nəticələr göstəriblər. Lakin Kimi Rəykkönen daha sürətli olub – 1.12.935. Fernando Alonso isə günün sürprizinə imza atıb. Bu sessiyada da mexaniklərin maşın üzərində işləməsinə görə xeyli vaxt itirən ikiqat dünya çempionu son dəqiqələrdə ən yaxşı 7-ci nəticəni göstərib. Hər iki sessiya Red Bull sürücüləri üçün problemlərlə zəngin olub.
Məşqlər sabah davam edəcək. Sabah həm də sıralanma turu baş tutacaq…

